Dillər Universiteti Beynəlxalq Qadınlar gününü qeyd edib

Dillər Universiteti Beynəlxalq Qadınlar gününü qeyd edib Martın 6-da Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Qadınlar günü münasibətilə “Azərbaycan və Çin: elm və təhsil sahəsində qadınların rolu” adlı elmi-tələbə seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov xanımları bayram münasibətilə təbrik edərək gender bərabərliyinin davamlı inkişafın təmin edilməsində vacib rolu olduğunu vurğulayıb, Azərbaycan təhsilinin, elminin və innovasiyalarının inkişafında qadınların fəal iştirakı barədə danışıb. R.Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanını xatırladıb və bu fərmanı qadınlara verilən böyük dəyər kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Xuraman Əliyeva şərqşünaslıq sahəsində ilk qadın elmlər doktoru, Azərbaycanın görkəmli ərəbşünası Aida İmanquliyevanın həyat və elmi fəaliyyətindən bəhs edib. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Nərmin Məmmədova Çinli qadınların dünya elminə verdiyi böyük töhfələrdən söhbət açıb

ADU-nun Mətbuat Xidməti


Dillər Universiteti Beynəlxalq Qadınlar gününü qeyd edibDillər Universiteti Beynəlxalq Qadınlar gününü qeyd edibDillər Universiteti Beynəlxalq Qadınlar gününü qeyd edib

Oxşar xəbərlər