Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Tədbir görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.
Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirak edəcəklər. Konfransda torpaq idarəçiliyində müasir yanaşmalar, kadastr məlumatlarından istifadənin elmi əsasları, coğrafiya-informasiya sistemlərinin tətbiqi, torpaqlardan istifadə problemlərinin araşdırılması və digər bu kimi mövzularda təqdimatlar olacaq. Elmi-praktiki seminarın keçirilməsində məqsəd torpaq idarəçiliyində kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, torpaq ehtiyatlarının mənimsənilməsində coğrafi informasiya məlumatlarının rolu, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması məsələlərində ən son elmi nailiyyətlərinin tətbiqi və bu sahədə əməli təkliflərin hazırlanmasıdır.
Konfrans çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə AMEA arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandumun imzalanması nəzərdə tutulur.

Kəmalə Rəhimli