Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birliyinə xidmət edir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birliyinə xidmət edir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yığıncaq keçirilib.
Tədbirdə elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov xalqımızın birlik və mütəşəkkilliyini tərənnüm edən bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirərək onların arasında birlik və həmrəylik yaratmağa xidmət etdiyini vurğulayıb.
Coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev bu bayramın dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verdiyini vurğulayıb.
Qadınlar Şurasının sədri, böyük elmi işçi Luiza Salayeva və institutun Yeni Azərbaycan Partiyası təşkilatının sədri, Xəzər problemləri şöbəsinin kiçik elmi işçisi Bibixanım İbrahimova Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıblar.

Tehsil-press.az



Oxşar xəbərlər