AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qadınlar təşkilatı və AMEA-nın qadınlar şurası 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə AMEA-nın elmi müəssisələrinin qadınlar təşkilatlarının sədrləri, eləcə də elmlə məşğul olan qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova açaraq, qonaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib. İ.Hüseynova öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə elmə və təhsilə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. O, ulu öndər Heydər Əliyevin bu bayrama xüsusi qiymət verdiyini vurğulayıb, Azərbaycan qadınının bəşəriyyətə böyük alimlər bəxş etdiyini bildirib.
AMEA-nın qadınlar şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə isə gələcək bayramların işğaldan azad edilən torpaqlarımızda keçirilməsi arzusu ilə iştirakçıları təbrik edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında qadınların cəmiyyətdə olan stereotipləri qıraraq, elmin hər sahəsində öz potensialını, gücünü optimallaşdırmanın zəruri olduğunu vurğulayıb və İradə xanımın bir ziyalı kimi gənclərə nümunə olduğunu bildirib.
Daha sonra AMEA-nın Mənəviyyat və Elm Mərkəzinin rəhbəri Ziba Ağayeva, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov qadınları təbrik edərək, onlara xoş arzularını çatdırıblar.
Tədbirdə, həmçinin Nizami adına Ədəbiyyat İnstitutunun qadınlar təşkilatı adından Aynur Xəlilova, Fəlsəfə institutunun doktorantı Hafizə İmanova, kiçik elmi işçi Gülnar Abdullayeva ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından danışıblar.
Tədbir bayram şənliyi ilə davam edib.
Tehsil-press.az