Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında polis əməkdaşı şahid qismində ifadə verib.
Çünki Rəşad Tahirov zərərçəkən kimi ifadə verəndə demişdi ki, sabiq nazirin qardaşı Bakı şəhər Baş Polis İdarəsində idarənin təhqiqatçısı Şövqi Əhmədovun vasitəsilə ona təzyiq göstərib. Polis idarəsindəki təzyiqlər, şantajlardan sonra məcbur qalıb, ona heç bir aidiyyəti olmadığı halda, 140 min dolları qaytaracağı haqda yazılı izahat verib. Sonra da pulu ödəyib.
Əhməd Əhmədov nazir vəzifəsindən azad ediləndən sonra Rəşad Tahirov Naxçıvan prokurorluğuna şikayətində də yazıb ki, Əvəz Əhmədov ondan pulu polis polkovnikinin təzyiqilə alıb. Bu məsələ araşdırılmadığına görə sonuncu məhkəmədə hakimlər hökmü elan etmək əvəzinə, istintaqı təzələyib, Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polkovnik Şövqi Əhmədovu dindirmək qərarını vermişdi. Məhkəmədə dindirilən Şövqi Əhmədov zərərçəkənə təzyiq göstərməsi barədə deyilənləri təkzib edib.
O, deyib ki, Əvəz Əhmədov 140 min dollarının mənimsənilməsi barədə idarəyə şikayət vermişdi, o da məsələni araşdırmaq üçün Rəşad Tahirovu idarəyə çağırıb: "Rəşad Tahirov səmimi şəkildə izahat yazdı. Heç kim ona təzyiq göstərməyib".
R.Tahirov isə dindirilən polisin ona təzyiq göstərdiyini bir daha təsdiqləyib: "Birinci izahatı özüm yazdım, hər şeyi olduğu kimi... Götürüb cırdı. Sonra mənə təzyiq göstərdiyinə görə ikinci izahatı diqtə altında yazdım".
Təhqiqatçıdan həmin vaxt yox, üstündən xeyli keçəndən sonra şikayət etməsinə gəlincə, R.Tahirov belə cavab verib: "Mənim başıma bunu "qorotdel"də gətirmişdilər. Ondan yuxarı hara şikayət edə bilərdim?"
Ardınca bir daha bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror sabiq nazirin qardaşına yenidən 12 il müddətinə həbs cəzası verilməsini istəyib.
Zərərçəkənlər H.Əsgərov və R.Tahirov təqsirləndirilən Ə.Əhmədovdan şikayətçi olmadıqlarını deyiblər. Təqsirləndirilən Ə.Əhmədovun vəkillərinin çıxışı, özünün son sözü və hökm isə martın 18-də keçiriləcək məhkəməyə qalıb.
İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb.
İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.
Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.
Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.
Xatırladaq ki, Əvəz Əhmədov qardaşı general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib. Bildirək ki, Əvəz Əhmədov hər iki zərərçəkmişlə barışıb.

İlkin Muradov