Yeni Zelandiyada 50 nəfərin ölümünə səbəb olan terrorçu ömürlük həbs ediləcək

Yeni Zelandiyada 50 nəfərin ölümünə səbəb olan terrorçu ömürlük həbs ediləcək Terrorçu Brenton Tarrant həyatının yerdə qalan hissəsini təkadamlıq kamerada keçirəcək.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Useyminlə birgə təşkil edilən mətbuat konfransında çıxışı zamanı Yeni Zelandiya Xarici İşlər naziri Vinston Peter deyib.
“Yeni Zelandiya tarixinin ən böyük istintaqı başladılıb. Dini inanc azadlığına çox önəm verən ölkəyik. Müsəlmanlara qarşı olan hücum hamımıza qarşı olan hücumdur”, – deyə o bildirib.
Qeyd edək ki, Yeni Zelandiya XİN rəhbəri İstanbuldadır.

Tehsil-press.az

Oxşar xəbərlər