XİN: Erməni lobbisinin Trend İnformasıya Agentliyinə hücumları söz və mətbuat azadlığına qarşı hücumdur

XİN: Erməni lobbisinin Trend İnformasıya Agentliyinə hücumları söz və mətbuat azadlığına qarşı hücumdur ASALA terror təşkilatının ideoloji və maliyyə təminatçısı olan rasist ANCA lobbi təşkilatının saxta məlumatlarla Trend İnformasiya Agentliyinə qarşı hücumları həqiqətə, söz və mətbuat azadlığına qarşı hücumdur.

Bunu Tehsil-press.az Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib: "ANCA ənənələrinə sadiq qalaraq bu yolla öz yalanlarını ört - basdır etmək və Amerika ictimaiyyətini aldatmaq və manipulyasiya etmək kimi çirkin məqsədlər güdür. Ermənistan XİN rəsmilərinin bu "kampaniyanı" dəstəkləməkəri təxribatın haradan qaynaqlandığını açıq şəkildə göstərir. ANCA -nın Trend agentliyinə və onun jurnalistlərinə qarşı saxta və təxribatçı hücumlarına ATƏT-in media azadlığı üzrə nümayəndəsi ofisi və digər aidiyyəti beynəlxalq təsisatlar laqeyd qalmamalıdırlar".

Tehsil-press.az

Oxşar xəbərlər