Doğu Akdeniz Universitetinin 2012-2013-cü Akademik ilində fəaliyyətə başlayan Tibb fakültəsi Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucularından biri olan doktor Fazil Kiçiyin adını daşıyır. Fakültənin Universitet şəhərciyində yerləşən binasına daxil olanları da məhz xalqın sevimlisi olan bu görkəmli şəxsiyyətin büstü qarşılayır. Müasir texniki avadanlıqlarla təchiz olunan, ölkənin ən yaxsi alimlərinin mühazirə oxuduğu, istedadlı tələbələrin dərs almaq üçün mübarizə apardığı fakültə bu gün tibbin yeniliklərini tədris prosesinə gətirməklə, dünyada ən yaxşı tibb təhsili verən təhsli ocaqları ilə rəqabət aparmaqdadır. Fakültədə təhsil müddəti 6 ildir. Universitet UTEAK (Ulusal Tip Eğitimi Akreditasyon Kurulu) təşkilatı, eyni zamanda Marmara Universitetinin Tibb fakültəsi ilə əməkdaşlıq etməkdədir. Fakültədə tədris ingilis dilində aparılır. Tədrisin ilk 3 ili ərzində tələbələr təməl biliklərinə, klinik tibbi nəzəriyyə yiyələnir, laboratoriyada tibbi savadlarını inkişaf etdirir, Klinik bacarıq kurslarında iştirak edirlər. Fakültənin tələbələri multidisiplinar tədqiqatlara təşviq edilir, elmi, nəzəri araşdırmalara yönəldilirlər. Bəlli olduğu kimi, hər il Türkiyənin Marmara Universitetində Tələbə Tibb Konqresi düzənlənir. Tələbələr bu, həmçinin digər beynəlxalq tədbirlərdə öz elmi tədqiqatlarının nəticələri ilə çıxış edir, təcrübələrini bölüşmək, həmçinin yeni biliklər qazanmaq imkanına sahib olurlar. Tib fakültəsində Problem Əsaslı Öyrənmə metoduna üstünlük verilir. Tələbələrə kiçik qrup halında keçirilən dərslərdə tibbi savadlarını artırmaq, səbəb-nəticə əlaqələrini qurmaq, liderlik və tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirmək imkanı yaradılır. Eyni zamanda fəlsəfə, təbiət, sosial elmlər, incəsənət, informasiya texnologiyaları tədris edilir. Fakültədə həmçinin tələbələrin xüsusi maraqlarına uyğun fənlərin də tədrisi diqqətdə saxlanılır.
ARDI VAR.
ARDI VAR.
Böyükağa MİKAYILLI