“Odnoklasniki” saytında tanış olduğum qızın evinə girən kimi polislər üstümə töküldü və…”

“Odnoklasniki” saytında tanış olduğum qızın evinə girən kimi polislər üstümə töküldü və…” Qeyd edək ki, Azərbaycanda internet məkanında kişilərə masaj və sair xidmətlər təklif edən qadınların sayı artıb. Onlar daha çox sosial şəbəkələrdə özlərinin “pr”ı ilə məşğul olurlar və kişiləri “tora salırlar”.
Belə ki, bəzi xanımlar kişiləri evə dəvət edəndən sonra polisə zəng edib, ona təcavüz etdiyini iddia edirlər və bu yolla kişilərdən külli-miqdarda pul qazanırlar.
Sayta müraciət edən Murad adlı şəxs də məhz bu yolla tora düşdüyünü deyib: “Mən odnoklasniki.ru saytında bir xanımla tanış oldum, onunla bir neçə həftə danışdıq. Aramızda səmimiyyət yarandı və o məni öz evinə dəvət etdi. Mən də evinə getdim, evə girəndən bir neçə dəqiqə sonra polislər içəri daxil oldu və dedilər ki, guya mən bu xanıma təcavüz edirəm, mən isə bildirdim ki, o özü məni evinə dəvət edib. Sonra polis bölməsinə aparıldım və 1 gecə orada qaldım. Daha sonra məsələni aydınlaşdırdıq və evə buraxıldım.”
Şikayətçi deyir ki, bu hadisə ona dərs olub: “Bundan sonra mən heç kimlə virtualda tanış olmayacam, hətta qız desə ki, gəl bizə sənə bütün dünyanı verəcəm, yenə də getmərəm. Hər kəsə də məsləhət görürəm ki, heç vaxt tanımadıqları xanımın evinə getməsinlər, axırı çox pis qurtarır”.


Tehsil-press.az

Oxşar xəbərlər