Azərbaycan Texniki Universitetinin komandası futzal üzrə respublika birinciliyində qalib gəlib

Azərbaycan Texniki Universitetinin komandası futzal üzrə respublika birinciliyində qalib gəlib Mayın 11-də Azərbaycan Texniki Universitetinin (AzTU) idman zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika çempionatının final mərhələsi keçirilib.
Yarışı təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, AzTU-nun rektor əvəzi Xalıq Yahudov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, həmçinin Futzal Futbol Federasiyasının nümayəndələri və digər ali təhsil müəssisələrinin rəhbərləri izləyiblər.
Final oyunu AzTU və UNEC-in komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda AzTU-nun komandası 2:1 hesabı ilə yarışın qalibi olub. İkinci yeri UNEC-in komandası, üçüncü yeri isə Bakı Dövlət Universitetinin komandası tutub.
Qalib komandalar pul mükafatı, kubok və medallarla təltif olunub. Həmçinin əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar 7 nominasiya üzrə qiymətləndiriliblər.
Yarışların qrup mərhələsində ümumilikdə 31 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 10-u isə regionları təmsil edib.
Altı qrupa bölünərək mübarizə aparan komandaların oyunları Milli Olimpiya Komitəsinin təlim-məşq bazasının, AzTU-nun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçirilib.
Qrup mərhələsi üzrə ümumilikdə 51 oyun təşkil olunub.
Qeyd edək ki, birincilik Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və AFFA-nın təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilib.

Hikmət Əliyev


Azərbaycan Texniki Universitetinin komandası futzal üzrə respublika birinciliyində qalib gəlibAzərbaycan Texniki Universitetinin komandası futzal üzrə respublika birinciliyində qalib gəlibAzərbaycan Texniki Universitetinin komandası futzal üzrə respublika birinciliyində qalib gəlibAzərbaycan Texniki Universitetinin komandası futzal üzrə respublika birinciliyində qalib gəlib

Oxşar xəbərlər