Fələstin Dövlətində “Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” mövzusunda konfrans keçirilib.
Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın açılışı zamanı Azərbaycan, Mərakeş, Bəhreyn, Küveyt, Pakistan, Qətər, İordaniya, Türkiyə və digər ölkələrin idmana məsul nazirləri çıxış ediblər. Açılış mərasiminin sonunda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın çıxışı dinlənilib.
Konfransının açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti, bu istiqamətdə qəbul olunmuş dövlət proqramları, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlər, layihələr haqqında məlumat verib. Nazir İslam dünyası gənclərinin bəşəriyyətdə sülhün inkişafına, insanlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Azad Rəhimov tədbir zamanı müxtəlif ölkələrin idmana məsul nazirlərini bu ilin aprelində Bakıda keçiriləcək gənclər və idman sahələrinə məsul nazirlərin dördüncü İslam Konfransına dəvət edib.
İl boyu planlaşdırılan proqramlar Qüdsün tarixinə dair biliklərin beynəlxalq aləmdə artırılmasına kömək edəcək, müsəlman ölkələrinin gəncləri arasında əməkdaşlıq, birgə iş və dostluq münasibətlərinin möhkəmlənməsinə yardımçı olacaq.
Tehsil-press.az