“NAXÇIVAN” UNİVERSİTETİNİN BİR QRUP ƏMƏKDAŞI GƏNC ALİMLƏRİN I QRULTAYINDA İŞTİRAK EDİB

“NAXÇIVAN” UNİVERSİTETİNİN BİR QRUP ƏMƏKDAŞI GƏNC ALİMLƏRİN I QRULTAYINDA İŞTİRAK EDİB Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan gənc alimlərinin I qrultayı keçirilib.Tədbirdə Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov və gənc alimlər çıxış ediblər.
Tədbirdə “Naxçıvan” Universitetini ali təhsil ocağının tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu layiqincə təmsil etmişdir. H.Bağırsoylunun tədbirdə geniş məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycan gəncləri bu gün tarixin ən məsuliyyətli dövrünü yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin potensialından geniş istifadə olunmasına ciddi zərurət yaranmaqdadır. H.Bağırsoylu onu da vurğulamışdır ki, Dövlət gənclər siyasəti muxtar respublikamızda uğurla həyata keçirilir.

Mətbuat Xidməti

Oxşar xəbərlər