Azad Rəhimov Sumqayıtda vətəndaşlarla görüşdü

Azad Rəhimov Sumqayıtda vətəndaşlarla görüşdü Bu gün gənclər və idman naziri Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib. Tarix muzeyində baş tutan qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarından 30-dan artıq vətəndaş iştirak edib. Tehsil-press.az xəbər verir ki, müraciətlər əsasən gənclər, idman, tikinti, sahibkarlarlığın inkişafı ilə bağlıkreditlərinin verilməsi və iş ilə təminat sahələrini əhatə edib.
Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.
İdman sahəsində edilən müraciətlər arasında fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.


Azad Rəhimov Sumqayıtda vətəndaşlarla görüşdü

Tehsil-press.az

Oxşar xəbərlər