BDU-nun tələbəsi beynəlxalq tədbirdə ölkəmizdə gənclər siyasətinin uğurlu nəticələrindən danışıb

BDU-nun tələbəsi beynəlxalq tədbirdə ölkəmizdə gənclər siyasətinin uğurlu nəticələrindən danışıb Fransanın Nant şəhərində dünyanın 15-dən çox ölkəsini təmsil edən avropalı gənclərin “Təşəbbüs forumu” keçirilib.
Avropa İttifaqının dəstəyi ilə təşkil edilən tədbirin məqsədi gənclər arasında tərəfdaşlığın inkişaf etdirilməsi olub.
Forumda avropalı gənclərin əməkdaşlığının genişləndirilməsinin vacibliyindən bəhs edilib, gənclər siyasəti, gənc sülhməramlılar və digər məsələlər barədə müzakirələr aparılıb.
Tədbirdə BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Fərid Muradov ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

BDU-nun Mətbaut Xidməti


BDU-nun tələbəsi beynəlxalq tədbirdə ölkəmizdə gənclər siyasətinin uğurlu nəticələrindən danışıb

Oxşar xəbərlər