Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsinin üçüncü dayanacağı mərkəz daxil olmaqla böyük bir hissəsi işğal altında olan Füzuli rayonunun 3 nömrəli Zobucuq qəsəbəsinin 33 nömrəli tam orta məktəbi olub. Cəbhə bölgəsinə səfər eyni zamanda müasir hərb tariximizin ən böyük qələbələrindən biri olan Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə təşkil olunub. Universitetin rektoru Səadət Əliyeva başda olmaqla ali məktəbin bir qrup əməkdaşı və tələbələri məktəblə tanış olub, dərslərdə iştirak ediblər.
Gün ərzində 9, 10 və 11-ci sinif şagirdlərinə Azərbaycan dili, ədəbiyyat, ingilis dili, tarix və informatika fənlərini tələbələr Nigar Rəhimova, Hüriyyə Səlimova, Pənah Piralıyev, Ruslan Ağakişiyev, Fəranə Mikayılova, Sarvan Əliyev, Xəyal İsmayılov və Rövşən Saatov keçib. Dərslər proyektorlar vasitəsilə slaydlarla tədris olunub.
Universitet tərəfindən məktəbə masaüstü kompüter dəsti, kitabxanaya bədii ədəbiyyat və dərslik daxil olmaqla 60 kitab hədiyyə olunub. Məktəbin birinci sinif şagirdləri də unudulmayıb. 30-a yaxın birinci sinif şagirdinə ali məktəbin xüsusi hədiyyələri təqdim olunub.
Orta məktəbin rəhbərliyi tələbələrin hazırlıq və dərs keçmə metodologiyasından məmnuniyyətlərini ifadə edib, qonaq tələbələrə Qarabağ müharibəsi zamanı Füzuli rayonu ərazisində gedən ağır döyüşlər, rayona dəyən iqtisadi ziyan, işğalın ətraf mühitə, təbii sərvətlərə və tarixi abidələrə dağıdıcı təsiri, rayonun milli qəhrəmanları və şəhidləri haqqında məlumat verib.
Məktəblə tanışlığın ardından universitet kollektivi Füzuli rayon təhsil şöbəsinin əməkdaşları ilə birlikdə 1994-cü ildə işğaldan azad edilmiş Horadiz şəhərində olub, şəhərin girişində yerləşən və 10 hektar ərazidə salınan Bayraq meydanını gəzib. Burada universitet əməkdaşlarına Horadiz şəhərində, işğaldan azad edilmiş kənd və qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri, genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında məlumat verilib, 2016-cı il aprel ayının ilk günlərində Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçməsinin əhəmiyyəti vurğulanıb.
Bütün Horadiz şəhərinin göründüyü Bayraq Meydanına çıxmaq üçün sağ və sol tərəfdən hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən var. Bütün ətraf ərazilərdən görünən və yerdən hündürlüyü 68 metr olan bayraq dirəyi öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Azərbaycan Universitetinin kollektivi Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edib. Muzeyin əməkdaşları burada sərgilənən eksponatlar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıblar. Bildirilib ki, muzey 1981-ci ildə yaradılıb. Rayonun işğalı ilə əlaqədar muzeyin eksponatları xilas edilərək Bakı şəhərinə aparılıb və muzey fəaliyyətini burada “İstiqlal“ Muzeyində davam etdirib. 2014-cü ildə Horadiz şəhərində yeni muzey binasının tikintisi başa çatandan sonra isə Horadiz şəhərinə köçürülüb.
Sonda universitet kollektivi muzeyin əməkdaşları ilə xatirə şəkli çəkdirib, rektor Səadət Əliyeva muzeyin xatirə dəftərini imzalayıb.
Universitet kollektivi Bakıya Füzuli rayonunda və Horadiz şəhərində görülmüş və davam edən işlər, burada müşahidə olunan mənəvi-psixoloji mühit, insanların əhval-ruhiyyəsindən doğan qürur hissi ilə təkcə Füzuli rayonunun digər ərazilərinin deyil, işğal altında olan bütün torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, böyük qələbəyə olan böyük inam və bir daha əminliklə qayıdıb.
Qeyd edək ki, Respublikanın müxtəlif kənd məktəblərində davam edəcək layihənin məqsədi universitet – orta məktəb həmrəyliyinin formalaşdırılması və gücləndirilməsi, şagirdlər arasında ali təhsilə olan marağın stimullaşdırılması, yeni tədris texnologiyalarının təbliğinin aparılması və kənd məktəblərinin bu sahədə dəstəklənməsidir. Layihə çərçivəsində əvvəlki tədbirlər Xaçmaz rayonunun Şəmsəddin Sədiyev adına Qımıl-qışlaq kənd tam orta məktəbi və Şəmkir rayonunun Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi