Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi davam edir

Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi davam edir Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsinin növbəti dayanacağı Şəmkir rayonunun Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbi olub. Universiteti rektor Səadət Əliyeva, rektorun müşaviri Nüşabə Quliyeva, rektorun məsləhətçisi Əli Həsənov, bir qrup əməkdaş və tələbələr təmsil edib.
Universitet heyəti və tələbələr orta məktəb ilə tanış olub, dərslərdə iştirak ediblər. Rəhbərlik tərəfindən məktəbə masaüstü kompüter dəsti, kitabxanaya bədii ədəbiyyat və dərslik daxil olmaqla 70 kitab hədiyyə olunub.
Gün ərzində 9, 10 və 11-ci sinif şagirdlərinə Azərbaycan dili, Ədəbiyyat, İngilis dili, Tarix və İnformatika fənlərini tələbələr Fəranə Mikayılova, Sarvan Əliyev, Nigar Rəhimova, Hüriyyə Səlimova, Pənah Piralıyev, Ruslan Ağakişiyev, Xəyal İsmayılov, Səbinə Qəniyeva və Rövşən Saatov keçib. Dərslər proyektorlar vasitəsilə slaydlarla tədris olunub.
Ali təhsil müəssisəsinin nümayəndə heyəti məktəbin birinci sinif şagirdlərini də unutmayıb. 60-dan artıq birinci sinif şagirdinə yeni il hədiyyəsi təqdim olunub.
Məktəb rəhbərliyi və müəllimlər tələbələrin dərs keçmə metodologiyası və hazırlıqlarından məmnuniyyətlərini ifadə edib, layihənin icrası səbəbilə universitet rəhbərliyinə, müəllim-tələbə heyətinə xoş arzularını bildiriblər.
Tədris ili ərzində Respublikanın müxtəlif kənd məktəblərində davam edəcək layihənin məqsədi universitet – orta məktəb həmrəyliyinin formalaşdırılması və gücləndirilməsi, şagirdlər arasında ali təhsilə olan marağın stimullaşdırılması, yeni tədris texnologiyalarının təbliğinin aparılması və kənd məktəblərinin bu sahədə dəstəklənməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi davam edirAzərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi davam edirAzərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi davam edirAzərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi davam edir

Oxşar xəbərlər