Dövlətin gənclərə dəstək məqsədilə verdiyi bu vəsaitdən tutulmalar aparmaq nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, tələbə təqaüdlərindən tutulmalar, xüsusilə də Tələbə Gənclər Təşkilatı Fondunun təşəbbüsü ilə həyata keçirilir:
"Yəni tələbələr, istər istədiyi halda, istərsə də istəmədən, Tələbə Gənclər Təşkilatına üzv olduğu təqdirdə, təşkilat üçün hər ay bir və ya iki manat məbləğində ödəniş tələbənin təqaüdündən birbaşa tutulur. Mən düşünürəm ki, bu, ilk növbədə tələbə ilə razılaşdırılmalıdır. Tələbə Tələbə Gənclər Təşkilatına üzv olduğu zaman ödənişin çıxılması ilə bağlı razılıq əldə edilməli, hətta müqavilə bağlanılmalıdır. Əgər bu cür tutulmalar tələbənin istəyinə uyğun olaraq həyata keçirilirsə, bunda hər hansı bir problem yoxdur. Amma əgər bu tutulmalar məlumat verilmədən aparılırsa, əlbəttə ki, burada ciddi narahatlıqlar və problemlər mövcuddur. Mən təxmin edirəm ki, tələbə birbaşa üzv olduqdan sonra ondan ödənişin tutulması ilə bağlı məlumat verilmir və yaxud da müqavilə bağlanılmır.
Nəticədə tələbə üzv olduqdan sonra onun aylıq təqaüdündən həmin üzvlük haqqının Tələbə Gənclər Təşkilatı tərəfindən birbaşa çıxılması həyata keçirilir. Məncə, bu, yanlış bir addımdır. Bu ödənişin tutulması barədə tələbə mütləq məlumatlandırılmalı və yalnız bundan sonra ödəniş çıxılmalıdır. Əsas məqam budur ki, tələbəyə ödəniş tam şəkildə, yəni təqaüdün tam məbləği kartına köçürülməlidir. Tələbə isə öz istəyinə uyğun olaraq Tələbə Gənclər Təşkilatı Fonduna və yaxud da hər hansı bir təşkilata üzv olubsa, həmin ödənişi özü bilavasitə həyata keçirməlidir".
Tehsil-press.az

.jpg)












