Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrin Gəncə şəhərində yerləşən Nizami Gəncəvi adına Tarix Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub.
Əvvəlcə muzeylə tanış olan tələbələrə mədəniyyət müəssisənin özü və yerləşdiyi tarixi bina haqqında məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq muzeyinin əsası 1924-cı ildə qoyulub. İlk illər muzey diyarşünaslıq və kənd təsərrüfatı şöbələrindən ibarət olub. Həmin illərdə 500 eksponatla fəaliyyət göstərən muzeyin hazırda fondunda 30 mindən çox eksponat qorunur.
Sonra tələbələrə muzeyin bələdçisi tərəfindən burada qorunan və ekspozisiyada nümayiş etdirilən eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq muzeyində sərgilənən eksponatlar tarixi ardıcıllıq və mövzuya uyğun nümayiş etdirilir. Qərb bölgəsinin ən zəngin muzeyində daha çox arxeoloji, etnoqrafik eksponatlar üstünlük təşkil edir.
Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlayaraq son zamanlara qədər olan tarixi, arxeoloji tapıntılar, maddi-mədəniyyət nümunələri, etnoqrafik, epiqrafik, numizmatik eksponatlar 18 salonda nümayiş etdirilir. Muzeyin əsas fondunda 24 min 785 eksponat var. Onlardan 4 min 483 arxeologiya, 1648 etnoqrafiya, 392 rəssamlıq, 9 heykəltəraşlıq, 2 min 753 fotoşəkil, 9 min 259 sənəd, 3 min 441 ədəd numizmatika sahəsinə aid olan eksponatlardır. Ümumi sahəsi 972 kvadrat metr olan muzey binasının salonları qədim və müasir dövr şöbələrindən ibarətdir.
Sonda bələdçi tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan tarixinin ayrı-ayrı dövürləri haqqında zəngin eksponatların nümayiş olunduğu Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix Diyarşünaslıq muzeyi ilə tanışlıq tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
GDU-nun Mətbuat Xidməti