UNEC tələbəsinin layihəsi X Avrasiya Gənclərin İqtisadi Forumunun finalında

UNEC tələbəsinin layihəsi X Avrasiya Gənclərin İqtisadi Forumunun finalında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (UNEC) tələbəsinin layihəsi X Avrasiya Gənclərin İqtisadi Forumunun final mərhələsinə qəbul olunub.
Ural Dövlət İqtisad Universitetinin təşkil etdiyi forumun final mərhələsinə 104 ölkədən təqdim olunan 1000 layihədən yalnız 51-i iştirak hüququ qazanıb. Biznes və menecment fakültəsinin 2-ci kurs tələbəsi Asiman Zeynalovun müsabiqəyə təqdim etdiyi layihə “Vahid iqtisadi zona” adlanır. Layihədə vahid iqtisadi zonanın yaradılmasının əhəmiyyəti, regionun inkişafına, eləcə də biznes mühitinin yaxşılaşdırılmasına təsirindən bəhs olunur. Zonanın sosial-iqtisadi inkişafın təmin edilməsi, işsizlik səviyyəsinin azaldılması baxımından əhəmiyyəti təhlil edilir.
Müsabiqənin finalı aprelin 16-dan 18-dək Yekaterinburq şəhərində Ural Dövlət İqtisad Universitetində keçiriləcək.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər