SDU –da “Qan ver, yaşat" devizi altında qanvermə aksiyası keçirildi

SDU –da “Qan ver, yaşat Aprelin 12-də Sumqayıt şəhərinin 70 və Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi hər il olduğu kimi bu il də hemofiliyalı və talassemiyalı xəstələr üçün “Qan ver, yaşat" devizi altında qanvermə aksiyası keçirildi.
Ənənəvi keçirilən aksiyanın məqsədi tələbələri donor olmağa sövq etmək və respublikanın qan bankına və talassemiyadan əziyyət çəkən xəstələrə yardım etməkdir.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov aksiyanın açılışında çıxış edərək bildirdi ki, talessemiya və hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prosesi mühüm rol oynayır. Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün universitetimizdə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir və xeyriyyəçilik fəaliyyəti gələcəkdə də davam etdiriləcək.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək humanitar aksiyanın məqsəd və əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur. Sumqayıt Dövlət Universiteti də belə xeyirxah təşəbbüslərə dəstək olaraq qanvermə aksiyaları keçirir. Belə xeyirxah, humanist aksiyanın keçirilməsinə şərait yaradıldığına görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi.
Universitetin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçi heyəti, o cümlədən könüllüləri qana ehtiyacı olan insanlara kömək etmək üçün bu nəcib aksiyada fəal iştirak etdilər. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olundu, daha sonra isə qan verildi. İştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirdilər. 500-dən çox müəllim, tələbə və könüllünün qatıldığı aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq və əsasən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

SDU-nun Mətbuat Xidməti


SDU –da “Qan ver, yaşat" devizi altında qanvermə aksiyası keçirildiSDU –da “Qan ver, yaşat" devizi altında qanvermə aksiyası keçirildiSDU –da “Qan ver, yaşat" devizi altında qanvermə aksiyası keçirildi




Oxşar xəbərlər