Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası təşkil edilib

Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası təşkil edilib Dövlət Gömrük Komitəsi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib.
Aksiyada Bakı Baş Gömrük İdarəsinin 50-dən çox əməkdaşı iştirak edib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra gömrükçülərdən qan götürüblər. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Qeyd edək ki, bu cür aksiyalar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların qana olan tələbatını ödəmək üçün təşkil olunur.

Tehsil-press.az

Oxşar xəbərlər