Azərbaycan Dövlət İqtisad Universitetində könüllü qanvermə aksiyası keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində könüllü qanvermə aksiyası keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) könüllü qanvermə aksiyası keçirilib.
Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə keçirilən aksiyada universitetin müəllim və tələbələri fəal iştirak ediblər.
Azərbaycan Talassemiya Federasiyasının xüsusi tibb işçiləri donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Aksiya talassemiyadan əziyyət çəkənlərin qanla təminatı üçün ölkəmizdə keçirilən ənənəvi tədbirlərin davamıdır.
Toplanan qan laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Kəmalə Rəhimli
[right][/right]

Oxşar xəbərlər