Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminar keçirilib.
Seminarda Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov “Nəsimi yaradıcılığında insan konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra Multikulturalizm ETL-nin aparıcı elmi işçisi Afət Musayeva “Azərbaycan ədəbiyyatında sufizm və multikultural ideyalar”, laboratoriyanın kiçik elmi işçisi Turan Kərimli “Qərb ədəbiyyatında sufizm və hürufiliyə baxış”, laboratoriyanın elmi işçisi Əli Fərhadov “Fəzlullah Nəimi və İmadəddin Nəsimi yaradıcılığında multikultural dəyərlər” mövzularında çıxış ediblər.
Seminarda Elmi işlər üzrə prorektor, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova, Filologiya və jurnalistika fakültəsinin tələbələri, həmçinin Bakı Musiqi Akademiyasının müəllim və tələbələri iştirak edib.
Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
ADU-nun Mətbuat Xidməti