Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası (ETL) və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Müasir Azərbaycan ədəbiyyatında azərbaycançılıq və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada, eyni zamanda, nasir, publisist, xalq yazıçısı Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” kitabının kiril əlifbasından latın qrafikasına keçirilmiş variantının təqdimatı keçirilib.
AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov dəyirmi masanın iki vacib mövzunun müzakirəsinə həsr edildiyini və bu mövzular arasında çox ciddi əlaqənin mövcud olduğunu bildirib. Daha sonra o, qeyd edib ki, ədəbiyyatımızda azərbaycançılıq və multikulturalizm geniş mövzunu əhatə edir. Multikulturalizm termin kimi dilimizə yeni daxil olsa da, bu anlayış bir məfhum olaraq xalqımızın mədəniyyət tarixindən keçib gəlib və əsrlər boyu Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub. M.İmanov əlavə edib ki, biz multikulturalizmi ən qədim abidələrimizdən izləməyə başlasaq, onun çox parlaq nümunələrini “Kitabi-Dədə Qorqud” dastanında tapa bilərik.
Sabir Əhmədli haqqında fikirlərini bölüşən M.İmanov yazıçının özunəməxsus yaradıcılığının olduğunu söyləyib. M.İmanovun sözlərinə görə, S.Əhmədlinin yaradıcılığında başlıca yer tutan azərbaycançılıq ideyaları və sosial məsələlər müəyyən dairələr tərəfindən narazılığa səbəb olub. O, bildirib ki, yazıçının amalı Azərbaycanı müstəqil görmək idi.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova dəyirmi masanın məqsədinin multikulturalizm və azərbaycançılıq anlayışlarını və onlar arasındakı bağlılığı gənclərə izah etmək olduğunu bildirib. D.Zeynalova multikulturalizm və azərbaycançılığın ilkin dayaqlarının “Kitabi-Dədə Qorqud”da olduğunu söyləyib və həmin prosesin bununla kifayətlənmədiyini, indi də davam etdiyini sözlərinə əlavə edib. O, eyni zamanda XX əsrin böyük sənətkarlarından olan S.Əhmədlinin “Yasaq edilmiş oyun” kitabının tələbələr tərəfindən kiril əlifbasından latın qrafikasına keçirilmiş variantı haqqında məlumat verib.
Azərbaycanşünaslıq ETL-in baş elmi işçisi, professor Niyazi Mehdi dəyirmi masanın əhəmiyyətini ön plana çəkərək onun tələbələrin maariflənməsi və biliklərinin genişləndirilməsi baxımından zəruri olduğunu qeyd edib. O, daha sonra multikulturalizm və azərbaycançılıq ideyalarının mahiyyətindən danışıb, “Yasaq edilmiş oyun” romanı haqqında fikirlərini iştirakçılarla bölüşüb.
İnteraktiv formada təşkil olunan dəyirmi masada “Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu və Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, yazıçı Qismət Rüstəmov multikulturalizm və milli maraqlar, postmodernizm və multikulturalizm mövzuları, eyni zamanda yazıçı S.Əhmədli barədə tələbələrin suallarını cavablandırıblar.
Görüş müzakirələrələ yekunlaşıb.
ADU-nun Mətbuat Xidməti