Peşə Təhsil Mərkəzi tələbələrin təcrübə proqramına cəlb edilməsi istiqamətində fəaliyyətini genişləndirir

Peşə Təhsil Mərkəzi tələbələrin təcrübə proqramına cəlb edilməsi istiqamətində fəaliyyətini genişləndirir Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Xaliq Faiqoğlu” MMC arasında tələbələrin təcrübə proqramına cəlb edilməsi məqsədilə müqavilə imzalanıb.
Razılaşmaya əsasən tələbələrin peşə biliklərinin artırılması üçün şirkətin istehsalat bazasında təcrübə kursları təşkil ediləcək. Kurslar “Xaliq Faiqoğlu” MMC-nin ixtisaslı texniki heyəti, eləcə də Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Mərkəzin tələbələrinə şirkətin baş ofisində olublar. Onlara 2 ay müddətində keçəcəkləri təlim-tədris prosesi ilə bağlı təlimatlar verilib.

Peşə Təhsil Mərkəzi tələbələrin təcrübə proqramına cəlb edilməsi istiqamətində fəaliyyətini genişləndirir

Tehsil-press.az

Oxşar xəbərlər