Peşə təhsili sahəsində Koreya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Koreya təcrübəsi öyrənilir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin rəhbər heyəti Koreya Respublikasında təlim səfərində olublar.
Koreya İnsan Resursları İnkişafı Xidmətinin dəstəyi ilə təşkil edilmiş “Koreyada menecerlər üçün təqaüd təlimi” proqramının məqsədi peşə təhsili və təlimi sistemi, peşə təhsili müəssisələrinin idarə edilməsi ilə bağlı təcrübənin öyrənilməsi olub.
Koreyalı professorlar tərəfindən təlim iştirakçıları üçün müxtəlif ixtisaslar üzrə mühazirələr keçirilib, Koreyanın peşə təhsili sistemi və təcrübəsi, Milli Kvalifikasiya Sistemi, texniki təlim institutlarının fəaliyyəti və idarəolunması barədə müzakirələr aparılıb.
İştirakçılar səfər çərçivəsində Seul Politexnik Kolleci, Busan Texniki Liseyi və Koreya Peşə Təhsili Tədqiqat İnstitutu ilə yaxından tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər