Fevralın 7-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur keçirilib.
Mediatur iştirakçıları əvvəlcə tikişçi ixtisası üzrə inkluziv təhsil modeli ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, 2017-2018-ci tədris ilindən mərkəzdə inklüziv tədris modeli əsasında “Soyuducu qurğuların maşinisti” qrupu yaradılıb. Həmin qrupda sağlamlıq imkanı məhdud olan 9 tələbə təhsil alıb. Hazırda onların 7-si Bakı Çinar Soyuducuları Zavodunda ixtisaslı kadr kimi çalışır.
2018-2019-cu tədris ilində isə mərkəzdə inklüziv tədris modeli əsasında “Tikiş ustası, tikişçi” qrupu açılıb. Qrupda sağlamlıq imkanları məhdud 5 tələbə təhsil alır.
Mediatur iştirakçılar mərkəzin ixtisas fənn müəllimləri Zahirə Paşayevanın informatika, Nərminə Zamonavanın elektrik cihazlarının quraşdırılması və təmiri və Təranə Qasımovanın tikişin texnologiyası ixtisasları üzrə praktiki dərslərini izləyiblər. Həmçinin mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq resurs mərkəzləri ilə tanış olublar. Bildirilib ki, həmin resurs mərkəzlərinin əməkdaşları tərəfindən müəssisə və şirkətlərdə tələbələr üçün ustad dərsləri, iş yerində təcrübə proqramı əsasında təlimlər keçirilir.
Qeyd olunub ki, mərkəzdə qaynaq, inşaat, elektrik avadanlıqlarının təmiri üzrə resurs mərkəzləri, kompüter və elektron lövhələrlə təchiz olunan fənn kabinetləri mövcuddur.
Jurnalistlər, həmçinin tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Xatırladaq ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan rasionallaşdırma prosesinə uyğun olaraq, 4, 14 nömrəli peşə liseyləri və 12 nömrəli peşə məktəbinin bazasında yaradılıb. Mərkəzdə ümumilikdə 800-dən çox tələbə təhsil alır.

Mətbuat Xidməti