İrina Viner-Usmanova: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir

İrina Viner-Usmanova: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir Bakı Milli Gimnastika Arenası möhtəşəmdir.
Bunu Tehsil-press.az-a Ümumrusiya Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner-Usmanova deyib.
Rusiya gimnastlarının çıxışını şərh edən İ.Viner-Usmanova qeyd edib ki, Dina və Arina Averina bacıları fərdi proqramda medallar qazanıb, çoxnövçülükdə də qızıl və gümüş medalları əldə ediblər. Onun sözlərinə görə, Dünya Kuboku Avropa çempionatı ərəfəsində son yarış olub:
"Avropa çempionatında çoxnövçülük olmayacaq, yalnız ayr-ayrı növlərdə qaliblər müəyyənləşdiriləcək. Avropa çempionatı da Bakıda keçiriləcək".
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başa çatıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilib.
Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparıb.

Tehsil-press.az

Oxşar xəbərlər