Bolqar gimnastlar Bakıda birinci oldular

Bolqar gimnastlar Bakıda birinci oldular Bolqarıstanın qrup hərəkətləri yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və 2 iplə tapşırıqların yekununda qalib olublar.
Onların finaldakı nəticəsi 19,050 bal olub.
Yaponiya idmançıları 18,000 balla ikinci yeri tutublar. Ukrayna təmsilçiləri eyni nəticəni göstərsələr də, bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turniri keçirilib. Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqlarda 3-cü olublar.

Tehsil-press.az

Oxşar xəbərlər