Xorvatiyanın Dubrovnik Universitetinin iqtisadi məsələlər üzrə prorektoru Nebojsa Stojcic və Biznes və iqtisadiyyat kafedrasının müdiri Katja Vojvodic “Erasmus+” akademik heyətin mübadiləsi proqramı çərçivəsində Azərbaycan Universitetinə ezam olunublar. Prorektor Nebojsa Stojcic bir həftə ərzində Biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirə oxuyacaq. Mühazirələr iqtisadi tənzimləmə, insan resurslarının idarə olunması, beynəlxalq maliyyə standartları və bu kimi mövzuları əhatə edəcək. Katija Vojvodic isə universitetin struktur bölmələri ilə təcrübə mübadiləsinin həyata keçirlməsində iştirak edəcək, qonağın tələbələr üçün elmi tədqiqat işlərinin yerinə yetirilməsinə dair seminarı təşkil olunacaq.
Azərbaycan Universitetinin tədris binasını ziyarət edən qonaqlar universitet heyəti ilə də tanış olublar. Görüşdə Azərbaycan Universitetini Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva və Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova təmsil edib. Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri universitetlər haqqında məlumat verib, Azərbaycan və Dubrovnik universitetləri arasında digər mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Universiteti Xorvatiyanın Dubrovnik Universiteti ilə “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq edir. Hazırda Azərbaycan Universitetinin 2 tələbəsi Dubrovnik Universitetində təhsil alır.
İctimaiyyətlə əlaqələr şöbəsi