Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Təhsil Nazirliyinin dəstəyi, universitet və İqtisadiyyat Nazirliyinin həmtəşkilatçılığı ilə ilk dəfə “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda görkəmli iqtisadçılar, Milli Məclisin üzvləri, İqtisadiyyat Nazirliyinin, Sumqayıt Kimya Sənaye Parkı MMC-nin, İqtisadi islahatlar ETİ-nin nümayəndələri iştirak edib. Eləcə də konfaransa ölkəmizin aparıcı universitetlərindən də nümayəndələr qatılıb. Konfransın keçirilməsində məqsəd Azərbaycan iqtisadiyyatının sürətlənməsi üçün sənaye sahələrinin inkişafında vacib rol oynayan texnoparkların yaradılması, problemlərin həlli yollarının araşdırılması və əsaslandırılmasıdır.
Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq konfrans iştirakçılarını, qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Konfransın mövzusunun aktuallığına diqqət çəkən rektor innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunduğunu vurğulayıb. O, iqtisadiyyatın sürətlənməsində rol oynayan texnoparkların ali məktəblərdə də yaradılmasının vacibliyi və əhəmiyyətindən, bu istiqamətdə mövcud problemlərin həlli yollarından danışıb.
Rektorun geniş və əhatəli çıxışından sonra konfrans plenar iclasda davam etdirilib. Plenar iclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə “Azərbaycanda texnoparkların yaradılmasının zəruriliyi və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili ölkəmizdə texnoparkların yaraılmasının ölkə iqtisadiyyatına, xarici investisiyaların cəlb edilməsinə, ölkədə keyfiyyətli sənaye məhsullarının istehsalının genişlənməsinə müsbət təsirindən danışıb.
Daha sonra Sumqayıt Kimya Sənaye Parkı MMC- nin direktoru Nazim Talıbovun “Sənaye parklarının ölkə iqtisadiyyatında rolu”, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tətqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyevin “Dayanıqlı sənayenin inkişafı:tədqiqat və tətbiq prioritetləri”, AzMİU-nun professoru Ədalət Əliyevin “Texnoparkların ümumi xüsusiyyətləri, təsnifatı və Azərbaycanda inkişaf perspektivləri”, AzMİU-nun “İnşaat materiallarında nanotexnologiyalar Elmi-tədqiqat laboratoriyası”nın elmi rəhbəri, professor Eldar Şahbazovun məruzələri dinlənilib. Konfrans öz işini bölmələrdə davam etdirib.

AzMİU-nun Mətbuat Xidməti