AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnşaat və inşaat təhsilinin müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AzMİU-nun professor-müəllim heyəti ilə yanaşı, ölkəmizin ali təhsil müəssisələrindən, eyni zamanda Türkiyənin İstanbul Texnik Universitetindən, respublikamızın dövlət və özəl qurumlarından nümayəndələr iştirak edib. Konfransdan əvvəl AzMİU-nun rektoru və tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub ümummilli liderin xatirəsini anıblar.
Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq tədbir iştirakçılarını, qonaqları salamlayıb. O, məruzəsində ölkəmizdə memarlıq və inşaat təhsilinin təşəkkülü, keçdiyi böyük təkamül yolu, bu sahədə əldə olunan uğurlar, memarlıq və inşaat təhsilinin təkmilləşdirilməsi, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər barədə geniş məlumat verib, mövcud problemlərə, qarşıda duran vəzifə və hədəflərə toxunub. Rektor ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradıldığını, dövlət başçısı İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Eyni zamanda rektor çıxışında son illər ölkəmizdə tikinti və inşaat sekorunun canlandığını, potensial kadr ehtiyatına tələbatın artdığını və inşaatçı kadrlar yetişdirən ali məktəb kimi əsas yükün AzMİU-nun üzərinə düşdüyünü vurğulayıb. G.Məmmədova memarlıq və inşaat fəaliyyətinin əhəmiyyətini, konfransın mövzusunun aktuallığını qeyd edib, onun işinə uğurlar arzulayıb.
“Turquoise” MMC-nin direktoru, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)”nin İdarə Heyətinin sədri Ali İhsan Genç və AzMİU-nun İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov beynəlxalq konfransın aktual mövzuya həsr edildiyini, günümüzlə səsləşdiyini bildiriblər. Müzakirələrin maraqlı keçəcəyinə ümidvar olduqlarını qeyd ediblər.
Daha sonra plenar iclasda İstanbul Texnik Universitetinin, İnşaat mühəndisliyi bölümünün nümayəndələri-professor Mehmet Ali Taşdemir, professor Kadir Gülər, Ali Sarı və başqalarının plenar məruzələri dinlənilib.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-da beynəlxalq konfrans keçirilibAzMİU-da beynəlxalq konfrans keçirilibAzMİU-da beynəlxalq konfrans keçirilib

Oxşar xəbərlər