Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”

Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək” Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Building innavations-2018” mövzusunda I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı öz işinə başlayıb. Almaniya, Ukrayna, Özbəkistandan elm adamının qatıldığı iki günlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, ölkəmizin qurum və təşkilatlarından qonaqlar iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş nitqi ilə çıxış edərək, konfransın iştirakçılarını salamlayıb. Konfransın aktual mövzuya həsr olunduğunu deyən rektor qeyd edib ki, tikinti istehsalatının sürətli inkişafını müasir texnologiyaların tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. O, inkişaf edən ölkəmizdə inşaat sektorunda canlanmanın müşahidə olunduğunu, dünyada kəşf olunan müasir texnologiyaların respublikamızın tikinti sektoruna uğurla tətbiq edildiyini vurğulayıb
Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mischenko konfrans iştirakçılarını salamlayıb, onun işinə uğurlar arzulayıb. Səfir Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlərin mövcud olduğunu və bu gün də uğurla davam etdiyini deyib. AzMİU-da təşkil olunan I Beynəlxalq Azərbaycan-Ukrayna konfransının ölkələrimiz arasında elm sahəsində əməkdaşlığa öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisadiyyat elmləri doktoru, professor, təşkilat komitəsinin həmsədri Vladimir Onişenko da konfransda çıxış edib, həmkarlarını salamlayıb. Ukraynalı qonaq bildirib ki, bugünkü konfransın müasir innovativ texnika və texnologiyaların tikinti istehsalatına tətbiqi sahəsində əldə edilən yeniliklərin elm ictimaiyyətinə çatdırılmasında xüsusi yeri olacaq. Rektor rəhbərlik etdiyi Poltava Milli Texniki Universitetindən konfransa 22 məruzəçisinin qatıldığını, 120-dən artıq məqalə və tezisin çap olunduğunu deyib. “Düşünürəm ki, belə böyük bir komanda ilə konfransa qatılmağımız universitetlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə verdiyimiz dəyərdən irəli gəlir. İnanın ki, əməkdaşlarımız böyük məsuliyyət və həvəslə konfransa qatılıblar”.
Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov təhsil naziri Ceyhun Bayramovun konfrans iştirakçılarına salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Plenar iclasda AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva və Poltava Milli Texniki Universitetinin Memarlıq və şəhərsalma kafedrasının müdiri, professor Aleksandr Semko məruzələrlə çıxış edib.
Plenar məruzələrdən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Məlumat üçün qeyd edək ki, konfrans 2 gün davam edəcək.

AzMİU-nun Mətbuat Xidməti


Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”Ukraynanın ölkəmizdəki səfiri: “ I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək”

Oxşar xəbərlər