Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsi tərəfindən “UNDP GEF Kura Project” layihəsi və Memarlıq, inşaat elminə və tədrisin inkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə “Müasir inşaatda su, enerji təchizatı və ekologiya problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayır. 2 gün davam edəcək konfransda dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, İran, Slovakiya, Rusiya, Ukrayna, Gürcüstan), o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, BMT-nin Azərbaycan nümayəndəliyindən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfrans iştirakçılarını, başqa ölkələrdən gələn qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Rektor çıxışında konfransın mövzusu barədə məlumat verib, onun əhəmiyyətinə toxunub, mövzunun aktuallığını şərh edib. O qeyd edib ki, konfransın keçirilməsində məqsəd respublikamızda ekoloji modelləşdirmənin təkmilləşdirilməsinə kömək edəcək yeni ideya və təkliflərin elmi müzakirəsinə nail olmaq, bu istiqamətdə müxtəlif ölkələrin təcrübələrini paylaşaraq fikir mübadiləsi aparmaqdır.
Rektorun geniş və əhatəli çıxışından sonra konfransla bağlı təbriklər səslənib. Azərsu ASC-nin nümayəndəsi Çingiz Abdullayev konfrans iştirakçılarını təbrik edib, xoş sözlərini bildirib.
Konfrans plenar iclasda öz işini davam etdirib, universitetin Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevin “Xəzər dənizi və Kür çayının tullantılarla çirklənməsinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib. Türkiyədən gələn qonaq İstanbul Su Kanal İdarəsinin Çirkab suların təmizlənməsi bölümünün başqanı Ali İncinin “Atık Su Arıtma ve Çamur Yönetiminde İSKİ uygulamaları” adlə məruzəsi maraqla qarşılanıb.
BMT-dən olan nümayəndə “UNDP GEF Kura II Project” layihəsinin texniki rəhbəri Dr. Mary Mathhews də plenar iclasda “Dayanıqlı inkişaf məqsədlərini nəzərə almaqla su idarəetmə infrastrukturları üçün təbii amillərə əsaslanan həll yolları” adlı məruzə ilə çıxış edib.
Plenar iclasda çıxışlar dinlənildikdən sonra konfrans öz işini bölmələrdə davam etdirib. Onu da qeyd edək ki, konfransa ümumilikdə 90-dan artıq məruzə təqdim olunub.
AzMİU-nun Mətbuat Xidməti