Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinin aktual problemləri” mövzusunda respublika elmi-praktiki konfransı öz işinə başlayıb. Konfransda Milli Məclisin üzvləri, aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. 2018-ci il ərzində AzMİU-da müxtəlifyönümlü beynəlxalq və respublika miqyaslı elmi konfransların keçirildiyini deyən rektor bü günkü elmi-praktik konfransın da əhəmiyyətini vurğulayıb. G.Məmmədova bildirib ki, bu konfransın təşkil edilməsində məqsəd elmi mühitin milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə cəlb edilməsi, əldə olunmuş elmi nəticələrin paylaşılması və müzakirə edilməsi üçün platforma təqdim etməkdi.
Rektorun geniş və əhatəli çıxışından sonra konfrans plenar iclasda davam etdirilib. Milli Məclisin üzvü, millət vəkili Eldar İbrahimov “İqtisadi islahatlar inkişafın əsasıdır” adlı məruzə ilə çıxış edib, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində görülən işlər haqqında danışıb.
“Azərbaycanın yeni iqtisadi inkişaf modeli” adlı məruzə ilə çıxış edən parlamentin üzvü Əli Məsimli qeyd edib ki, ölkənin sosial, iqtisadi inkişafını xarakterizə edən statistik məlumatların təhlili bu gün Azərbaycanda yeni, mükəmməl milli iqtisadi inkişaf modelinin formalaşdırıldığını göstərir.
Konfransda AMEA-nın Aqrar məsələlər üzrə müşaviri Qərib Məmmədovun “Müasir şəraitdə aqrar islahatların respublikamızın tərəqqisində rolu” adlı məruzəsi regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün görülən işlər və son illərdə bu sahədə əldə olunan yüksək nailiyyətlərə həsr olunub.
Plenar iclasda məruzələr bitdikdən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransa təqdim olunan 76 məqalə toplu şəklində çap olunub və qeydiyyat zamanı iştirakçılara təqdim olunub.Onu da qeyd edək ki, bugünkü konfrans texniki təmayüllü universitetlər arasında iqtisadi mövzuda keçirilən ilk elmi konfransdır.
AzMİU-nun Mətbuat Xidməti