“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarişçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüş keçirilib.
Görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev və başqa məmurlar iştirak edib.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsində həyata keçirilir və Fərmanda müəyyən olunduğu kimi, ötən 2 ay ərzində respublika üzrə istismarına icazə verilmədən faktiki istismar edilən bütün çoxmənzilli yaşayış binalarında müayinə işləri həyata keçirilib. Müayinələrin nəticəsi olaraq bu kateqoriyaya aid 26 binanın istismara hazır olması barədə müsbət rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir, bugünə qədər qərargahda 260 yaşayış binasının nümayəndələrinin qəbul edilərək, onlara zəruri izahatlar verildiyini deyib və əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi istənilən dəstəyi göstərməyə hazırdır.
Daha sonra istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib. Çıxış edən şəxslər “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əhəmiyyətindən danışaraq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az