LDU-da Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrespublika bədii yaradıcılıq festivalının baxış turu keçirilib.Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali, orta və ilk peşə təhsilli müəssisələri şagird və tələbələri arasında bədii yaradıcılıq festivalının keçirilməsində əsas məqsəd gənclərimizi milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirməkdir.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov münsiflər heyətinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudovanı və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi , bəstəkar Nailə xanım Mİrməmmədlini salamladı, müsabiqədə iştirak edəcək gənclərə uğurlar arzuladı. Natiq İbrahimov gənclərin asudə vaxtlarının təşkilində, hərtərəfli formalaşmasında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasında bu cür müsabiqələrin əvəzsiz olduğunu, sağlam və yaradıcı təfəkkürlü gənclərə bütün zamanlarda ciddi ehtiyac duyulduğunu bildirdi.
Sonra meydan yaradıcı gənclərə verildi. LDU-nun, Astara Pedaqoji , Masallı Regional kollecləri tələbələrinin ifasında mahnılar, şeirlər səsləndi, milli və müasir rəqslər ifa edildi.İstedadı ilə seçilən gənclər mayın 7-də Bakıda keçiriləcək qala konserdə iştirak etmək hüququ əldə etdilər.

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri