Peşəyönümü işinin təbliği istiqamətində tədbirlər davam edir

Peşəyönümü işinin təbliği istiqamətində tədbirlər davam edir İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) tərəfindən peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.
Müəssisənin istehsalat təlim ustaları Tellibəyim Ələkbərova, Sahibə Qulubəyli Biləcəri qəsəbəsi 299 nömrəli tam orta məktəbdə, Şakirə İsmayılova, Vəkalət Həsənova Nəsimi rayon 46 nömrəli tam orta məktəbdə, Xuraman Soltanova və Nuranə Məmmədova Biləcəri qəsəbəsi 298 nömrəli tam orta məktəbdə peşəyönümü işinin təşkili ilə əlaqədar təbliğat işi aparıblar. Onlar mərkəzin fəaliyyəti, maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat veriblər, onların suallarını cavablandırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər