Peşə təhsilinin təbliğinə dair müzakirələr aparılıb

Peşə təhsilinin təbliğinə dair müzakirələr aparılıb İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Binəqədi Rayonu İcra Hakimiyyəti ilə birgə “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycanda peşə təhsilinin əhəmiyyətini, cəmiyyətdə rolunu, məzunlar üçün yaratdığı iş imkanlarını təbliğ etmək, məktəblərlə bu istiqamətdə əməkdaşlığı genişləndirməkdir.
Tədbiri açan Mərkəzin direktoru Fatma Çandirova ölkədə peşə təhsili sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr, işəgötürənlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Binəqədi Rayonu İcra Hakimiyyətinin əməkdaşı Elnur Məmmədov peşə təhsili barədə ictimai məlumatlılığın artırılması istiqamətində ümumtəhsil məktəblərinin rolundan, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək işlərdən danışıb.
Tədbirin sonunda iştirakçılara mərkəzdə tədris olunan ixtisaslar üzrə videoçarxlar nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər