ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır.
Bu məsələ mayın 22-də Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşündə müzakirə edilib.
Tərəflər, xüsusilə informasiya texnologiyalarının və tətbiqi elmlərin inkişafı məqsədilə mübadilə proqramlarını nəzərdən keçirəcəklər.
Görüşdə qarşılıqlı maraq doğuran sahə kimi, həmçinin Xəzər hövzəsi üzrə elmi tədqiqatların aparılması müzakirə olunub.
Akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ADA Universitetində olarkən tədris mərkəzi ilə də tanış olub. Qonaqlara universitetin tələbə və müəllim heyəti, burada yaradılan beynəlmiləl mühit və Rusiyanın bir neçə aparıcı universiteti daxil olmaqla, 70-ə yaxın xarici ali təhsil ocağı ilə qurulan elmi əməkdaşlıq barədə məlumat verilib. Akademik Aleksandr Sergeyev qarşıdan gələn “Məzun günü” münasibətilə universitet rəhbərliyini təbrik edib və ADA yetirmələrinə uğurlar arzulayıb.
ADA-nın Mətbuat Xidməti