“ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcəklər

“ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcəklər ADA Universiteti Türkiyənin daha bir ali təhsil ocağı ilə əməkdaşlığa başlayır. ADA Universitetində bu gün baş tutan imzalanma mərasimində Xarici İşlər Nazirinin müavini, rektor Hafiz Paşayev və Abdulla Gül Universitetinin rektoru professor İhsan Sabunçuoğlu iki sənəd imzalamışdlar- əməkdaşlığa dair və tələbə mübadiləsinə dair anlaşma memorandumları.
İmzalanma mərasimində Türkiyənin sabiq prezidenti Abdulla Gülün başcılığı ilə universitetin nümayəndə heyəti iştriak etmişdir. Cənab Gül təhsil və tədris proqramlarında xüsusi marağını ifadə edərək vurğulamışdır ki, hər bir ölkə üçün ən yaxşı yatırım məhz təhsil sahəsinədir. Rektor Hafiz Paşayevlə fikir mübadiləsi zamanı yeni tərəfdaşlar bildirmişdilər ki, Abdulla Gül Universiteti və ADA Universiteti arasında məqsəd, məram, təhsil fəlsəfəsi və təklif etdiyi ixtisaslar baxımından çox oxşarlıqlar var. Bu baxımdan hər iki ali təhsil ocağı arasında qurulacaq əməkdaşlıq qarşılıqlı fayda verəcək. Memorandumlara əsasən tərəflər birgə akademik və tədqiqi layihələr həyata keçirəcək, müəllim heyəti və tələbə mübadiləsi aparacaqlar. Türkiyəli qonaqlar ADA Universitetinin tədris mərkəzi ilə də tanış oldu. Sabiq prezident həmçinin Universitetdə fəaliyyət göstərən tələbə “Musiqi Klubu”nun təşkil etdiyi konsertdə də iştirak etdi və ADA-da şahidi olduğu fəal tələbə həyatını məmnunluqla qeyd etdi.
Xatrladaq ki, Türkiyənin sabiq prezidenti Abdulla Gül 2015-ci ildə iqtisadiyyat elmində nailiyyətlərinə və Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə ADA Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

ADA-nın Mətbuat Xidməti


“ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcəklər“ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcəklər“ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcəklər

Oxşar xəbərlər