Rusiya Elmlər Akademiyasının prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

Rusiya Elmlər Akademiyasının prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub Ölkəmizə səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
Görüşdə qonaqlara qurumun fəaliyyəti, idarəçiliyində olan peyklər barədə məlumat verilib. Qonaqlar, həmçinin “Azersky” – Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos”un kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi sahəsində həyata keçirdiyi layihələr barədə məlumatlandırılıb.
Aleksandr Sergeyev Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını söyləyib. Həmçinin kosmik sahədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər