“Uşaqlar bizim gələcəyimizdir”mövzusunda Sabirabad rayon Mədəniyyət Mərkəzi rəsm dərnəyi üzvlərinin əsərləri sərgilənib

“Uşaqlar bizim gələcəyimizdir”mövzusunda Sabirabad rayon Mədəniyyət Mərkəzi rəsm dərnəyi üzvlərinin əsərləri sərgilənib 31 May 2019-cu il tarixində M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş rəsm sərgisi keçirildi. Sabirabad rayon M.Ə. Sabir adına 1 saylı tam orta məktəbi və Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan sərgidə dərnəyin istedadlı gəncləri tərəfindən çəkilmiş rəsmlər hər kəs tərəfindən böyük marağa səbəb oldu. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə sərgidə iştirak edən uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik etmişdir. Bildirdi ki,1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərarına gəlinib.Dünyanın bir çox ölkələrində olduğu kimi,Azərbaycanda da qeyd edilir. Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Məhərrəm Cəfərzadə çıxış edərək bildirdi ki,hər dəfə təşkil edilən belə sərgilər neçə-neçə istedadlı gənclərin sevincinə səbəb olur,öz bacarıqlarını tamaşaçılara nümayiş etdirir.Çıxışının sonunda uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik etmiş,xoş arzularını bildirdi.

Mətbuat Xidməti


“Uşaqlar bizim gələcəyimizdir”mövzusunda Sabirabad rayon Mədəniyyət Mərkəzi rəsm dərnəyi üzvlərinin əsərləri sərgilənib

Oxşar xəbərlər