Dünya Bankı bir çox islahatların reallaşdırılmasında Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnundur.
Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə müsahibə verən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembo deyib. Dünya Bankının rəsmisi əsas sahələrdə islahatları xüsusi vurğulayıb:
“İnvestisiya mühitində, biznesin aparılmasında islahatları xüsusi qeyd etmək lazımdır. Bu islahatlar Azərbaycana “Doing Business” reytinqində irəliləməyə imkan verdi. Buraya həm biznesin yaradılması üçün, həm də lisenziyaların alınması üçün tələb olunan vaxt kimi göstəricilər daxildir. Azərbaycan bu tapşırığın öhdəsindən çox yaxşı gəldi. Ölkənin “Doing Business” reytinqində mövqeyi 57-ci yerdən 25-ci yerə yüksəldi. Azərbaycan islahatların ən yaxşı keçirildiyi ölkələr arasında ilk onluğa daxil olub”.
M.Tembon qeyd edib ki, Dünya Bankı həmçinin ölkənin maliyyə sektorunda islahatlarını izləməkdən məmnundur:
“İki il əvvəl ölkədə bank sektoru ilə əlaqədar bir sıra sarsıntılar baş verdi və 11 bank müflis oldu. Amma hökumət islahatlar keçirdi və bu islahatlar maliyyə sektorunu dirçəltdi. Bu, iqtisadiyyatın artımına kömək edir. Biz kənd təsərrüfatı, nəqliyyat, insan potensialının inkişafı, səhiyyə, təhsil kimi aparıcı sahələrə investisiya qoyuruq, o cümlədən rayonlarda qadınların sahibkarlıq fəaliyyətinin təmin olunması kimi məsələlərdə dəstək oluruq. Ölkədə yoxsulluq səviyyəsi kəskin azalıb. Biz şadıq ki, bu kateqoriyada qalan az sayda insanlar da yoxsulluq həddindən çıxacaq”.
Tehsil-press.az