Baş nazir vəzifəsi uğrunda 10 nəfər mübarizə aparacaq

Baş nazir vəzifəsi uğrunda 10 nəfər mübarizə aparacaq Böyük Britaniyada Baş nazir vəzifəsi uğrunda 10 namizəd mübarizə aparacaq.
Namizədlər siyahısında keçmiş Xarici İşlər naziri Boris Conson, Təbii Sərvətlər naziri Maykl Qouv, İcmalar Palatasının eks-lideri Andrea Lids, hazırkı Xarici İşlər naziri Ceremi Hant, “Brexit” məsələləri üzrə eks-nazir Dominiko Raab, Beynəlxalq İnkişaf naziri Rori Stüart, Daxili İşlər naziri Səcid Cavid, Səhiyyə naziri Metyu Henkok, əmək və pensiya məsələləri üzrə nazir Ester Makvi, İcmalar Palatası nəzdində Maliyyə Nazirliyinin nümayəndəsi Mark Haper yer alıb.
Seçki prosesinin iyul ayının ikinci yarısında yekunlaşması gözlənilir. Yeni baş nazirin seçilməsinə qədər isə sözügedən vəzifədə Tereza Mey qalacaq.

Tehsil-press.az



Oxşar xəbərlər