Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb Böyük Britaniya parlamenti daha öncə baş nazir Tereza Meyin "Brexit" üzrə Aİ ilə təklif etdiyi razılaşmanı rədd etməsinə baxmayaraq hökumətə etimad bildirib.
Etimadsızlıq rəyinə qarşı 325 parlament üzvü səs verib, 306 nəfər onu dəstəkləyib.
Beləliklə, bu səsvermə Tereza Meyin baş nazir vəzifəsində qalması deməkdir. Bazar ertəsi günü o, 29 mart 2019-cu il tarixinə planlaşdırılıan "Brexit"lə əlaqədar yeni tədbirlər planını təqdim etməlidir.

Tehsil-press.az



Oxşar xəbərlər