Təhsil təbəqələşməni yalnız gücləndirir
Nüfuzlu ali məktəbin tələbəsi olmaq həmişə - keçən əsrdə də, bu gün də çox xoş hissdir. Ancaq bir sual dünya ali təhsil ekspertlərini çox düşündürür: ali təhsilin əhatəsi genişləndikcə onun keyfiyyəti aşağı düşür. Bu barədə Beynəlxalq Təhsil Akademiyası Baş Assambleyasının Moskvada Ali İqtisad Məktəbində keçirilmiş iclasında da vurğulanıb. İştirakçılar ali təhsil sahəsində dünya trendlərini müzakirə ediblər. Toplantıda dünyanın müxtəlif ölkələrində rast gəlinən çağırışlardan bəhs olunub. Dünyanın ayrı-ayrı ölkələrindən əsasən müəllimlərin və tədqiqatçıların iştirakçıları olduğu toplantıda ali təhsil sahəsində birgə tədqiqatların aparılması, elmi məqalələrin nəşri və universitet təhsilinin ümumi problemlərinin həlli yollarına dair fikirlər səsləndirilib.
İnkişaf etmiş ölkələri üçün ciddi çağırışlar
Nikosiya Universitetinin (Kipr) professoru Andreas Demetriu hesab edir ki, ali təhsilin kəskin genişlənməsi dünyanın inkişaf etmiş ölkələri üçün ciddi çağırışlar deməkdir. Bu ölkələrdə hazırda orta hesabla məktəblilərin üçdə ikisi universitetlərə daxil olur, bu isə ali təhsilin keyfiyyətinə təsir edir.
Əgər rəsmi statistikaya inansaq, onda məlumatlar belədir: 50 il əvvəl məktəb məzunlarının 15-20%-i, 1980-ci illərin sonlarında 25- 30%-i universitetlərə üz tuturdusa, bu gün onların sayı 50-70 və daha artıq faiz təşkil edir. Nümunə üçün bu statistika Finlandiyada 94%, Cənubi Koreyada 96 %, ABŞ-da 82%, Böyük Britaniyada təxminən 60% təşkil edir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin tədqiqatlarına əsasən, ölkə üzrə yuxarı sinif şagirdlərinin 7%-i məktəbdən sonra universitetə qəbul olmağa qərar verir.
A.Demetriu qeyd edir ki, vaxt dəyişib, tələbə artıq 10 il əvvəlki universitetə gəlmir. Tələbələrin çoxu ənənəvi universitet proqramlarına yiyələnməyə hazır deyillər. Bundan başqa, həmçinin psixoloji mahiyyət daşıyan problemlər də baş qaldırıb. Məsələn, birinci kursa elə tələbələr gəlir ki, onların orta məktəbdə oxuyarkən yaşıdları ilə ünsiyyət çətinlikləri olub. Bu, ailələrin strukturunda baş verən dəyişikliklərlə bağlıdır. "Avropada elə ölkələr var ki, uşaqların yarıdan çoxunun valideynlərindən biri onlara doğma deyil. Bu sosiallaşma planında ciddi problemlərə səbəb olur və onların öyrənmək qabiliyyətinə təsir edir", - deyə tədqiqatçı bildirir. Məktəblər həssas şagirdlərə, xüsusən də onlar bullinq halları ilə üzləşdikdə sosial və psixoloji dəstək proqramları təklif etməlidir.
Tədqiqatçların böyük əksəriyyəti qeyd edirlər ki, ali təhsil formal universitet təlimi olmaqdan uzaqlaşır. Vacib təhsil ehtiyacları indi qeyri-formal təhsillə kompensasiya olunur.
Təhsil təbəqələşməni yalnız gücləndirir
Yaponiyanın Musaşi Universitetinin (Musashi University) əməkdaşı Yuko Tarumi öz ölkəsindən danışıb. Onun sözlərinə görə, Yaponiya üçün uzun illər eqalitar ali təhsil xas olub. Təhsil meritokratik alət idi: əgər tələbə hətta zəngin ailədən olmasa belə yaxşı təhsil ona karyerasında uğurlu inkişaf perspektivləri verirdi. Bu gün artıq belə deyil. Zənginlər və kasıblar arasında fərq artır və təhsil bu təbəqələşməni yalnız gücləndirir. Təminatlı ailələrdən olan uşaqların yekun testlərdə daha yaxşı qiymət almaq şansı var, onlar daha yaxşı hazırlanıblar, çünki valideynlər onlara sərmayə qoyurlar. "Bu, öz-özlüyündə elə də pis deyil, ancaq təhsil bu halda sosial lift problemlərini həll etməyi dayandırır",-deyə Yuko Tarumi qeyd edir.
Təhsil sistemi biznesi "eşitmir"
Rusiyaya gəlincə, buradakı vəziyyət The Boston Consulting Group (BCG) təşkilatının təqdim etdiyi "Rusiya 2025 – kadrlardan istedadlara" adlı hesabatda əksini tapıb. Sənədə əsasən ali məktəblərin əksəriyyətində ali təhsil keyfiyyətini itiribdir, amma hamı üçün əlçatan olub. Belə bir şəraitdə artıq təhsil sistemi biznesi "eşitmir", buna görə də işəgötürənlərin 91%-i məzunların praktiki biliklərinin çatışmazlığını qeyd edir. Diplom sahiblərinin dörddə biri onların təhsil səviyyəsinə uyğun olmayan vəzifələrdə işləməyə gedirlər.
Rusiya Federasiyasında həyat boyu təlim praktikasında da çətinliklər var: insanların əksəriyyəti üçün təhsil alma 25 yaşa çatdıqda başa çatır, ixtisasın artırılması isə tez-tez formal xarakter daşıyır. Ölkədə çalışan əhalinin cəmi 15%-i və təqaüdçülərin 1 faizi təhsil proqramlarında iştirak edirlər (müqayisə üçün: inkişaf etmiş ölkələrdə bu rəqəmlər müvafiq olaraq 40 və 5% təşkil edir). Adıçəkilən tədqiqatın nəticələrinə əsasən, işəgötürənlərin şəxsi əməkdaşların təhsilinə sərf etdiyi xərclər Avropada olduğundan 10 dəfə azdır.

Oruc MUSTAFAYEV