Andreas Şlyaxer: “Təlimin keyfiyyəti ailənin gəlirindən asılı deyil”
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil məsələləri üzrə direktoru Andreas Şlyaxer dünya ölkələrində təhsilin inkişafına dair topladığı məlumatlar əsasında “Dünya səviyyəli təhsil. XXI əsrin məktəb sistemini necə qurmalı? Müvəffəqiyyətli islahatlar və yüksək nəticələr haqqında kitab” yazıb. Kitabının Rusiyada keçirilən təqdimat mərasimində çıxış edən A.Şlyaxer qeyd edib ki, son onillik ərzində informasiya texnologiyaları inkişafda görünməmiş sıçrayış edib: əgər əvvəllər insanlar informasiya axtarmaq üçün ensiklopediyaya müraciət edirdilərsə, bu gün onlara axtarış sistemini açmaq kifayətdir, təbii ki, buna müvafiq olaraq, oxucu savadlılığı bacarığı da həmçinin dəyişib. “Bu gün böyüyən nəsil özünü sosial mediadan kənar düşünmür, bu isə sözsüz ki, informasiyanın qeyri-məhdud həcminə yol açır. Bununla belə, yeniyetmələrin sosiallaşmasmda böyük problemlər mövcuddur”, - deyə A.Şlyaxer vurğulayıb.
Ekspertin tədqiqatlarına əsasən, təlimin keyfiyyəti ailənin gəlirindən və məktəblinin təliminə dövlətin ayırdığı vəsaitlərdən asılı deyil. A. Şlyaxer xatırladıb ki, az imkanlı Rusiya ailələrindən olan şagirdlərin nəticələri digər sosial-iqtisadi təbəqədən olan ABŞ məktəblisi ilə müqayisə edilə biləndir. Nümunə kimi o, dünyada təhsilə ayrılan xərclərin həcminin ən yüksək olduğu Lüksemburqun təcrübəsini göstərib. Bu ölkədə təhsilə ayrılan vəsaitlər Rusiyada təhsilə xərclənən vəsaitlərdən 3 dəfə artıqdır.
Ekspert həmçinin məktəbdə və evdə təhsilə ayrılan vaxt barədə də danışıb. “Fikirlər var ki, fənlərdən birinin mənimsənilməsində ən yaxşı nəticəyə nail olmaq üçün sadəcə dərs saatlarını artırmaq lazımdır. Ancaq məsələ heç də bu cür sadə deyil. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) şagirdlər dərslərə həftədə 60 saat, Finlandiyada isə cəmi 36 saat vaxt ayırırlar. Ancaq məhz Finlandiyada, Almaniyada və İsveçrədə az vaxt ərzində daha çox bilikləri öyrətməyə müvəffəq olurlar. Halbuki BƏƏ-də nəticə çox kiçikdir”.
Son 20 il ərzində PISA beynəlxalq qiymətləndirməsinin əsas təşəbbüskarı kimi çıxış edən Andreas Şlyaxer hesab edir ki, təhsilə, məktəbdə idarəetmə sisteminə xərclənən vəsaitlər - bu, yalnız aysberqin zirvəsidir. Lakin digər daha mühüm, diqqətdən kənarda qalan, müəllimlərin motivasiyası, onların qorxu və həyəcanı, valideynlərin öz uşaqlarının gələcəyi ilə bağlı mühüm narahatlıqlar da var. Şlyaxer həmçinin xatırladıb ki, Rusiya Federasiyası PİS A tədqiqatlarında ən yaxşı dinamika göstərən ölkələrin “5”-liyinə daxildir.
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) tədris nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramdır. Bu proqramda şagirdlərin riyaziyyat və təbiət fənləri, oxuma və problemlərin həlli üzrə savadlılıq səviyyəsi yoxlanılır. 3 ildən bir keçirilən qiymətləndirmədə 15 yaşlı məktəblilər iştirak edir. 2018-ci ildə proqramda 70-dən çox ölkə təmsil olunub.