FİZİKA İNSTİTUTUNUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

FİZİKA İNSTİTUTUNUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov İspaniyanın Barselona şəhərində təşkil olunmuş Spektroskopik ellipsometriya sahəsində yüksək səviyyəli “8-ci beynəlxalq spektroskopik ellipsometriya” konfrasında iştirak edib. Beynəlxalq konfransda o, “Yeni Antiferromaqnit və klassik 3 D topoloji izolyatorlarda plazmaların infraqırmızı spektroskopik ellipsometriyası və optik spektroskopiyası” mövzusunda dəvətli məruzə ilə çıxış edib.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər