Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Elm günü”nə həsr olunmuş seminar keçirilib.
Seminarda çıxış edən direktor, akademik Nazim Məmmədov bu il ölkədə ilk dəfə olaraq “Elm günü”nün qeyd olunmasını yüksək qiymətləndirib. Bildirib ki, tədbirlər planına əsasən, akademiyada dövrün aktual elmi problemlərinə həsr edilən konfrans, seminar və mühazirələr, dəyirmi masa, “açıq qapı” günləri, sərgilər keçirilir, həmçinin tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunur.
Akademik Bahadur Tağıyev 60 illik elmi fəaliyyəti dövründə Fizika İnstitutunda əldə olunan mühüm nəticələrdən bəhs edib. O, hazırda lüminessensiya maddələrinin alınma texnologiyaları istiqamətində tədqiqatlar aparıldığını söyləyib. Bahadur Tağıyev Fizika İnstitutunun Milli Aviasiya Akademiyası (MAA) ilə uğurlu əməkdaşlığından da danışıb.
Sonra 100, 150 və 20 vattlıq ağ işıq mənbələri nümayiş olunub. Diqqətə çatdırılıb ki, işıqlanan maddə Fizika İnstitutunda əldə olunub, tətbiqi məsələlər isə MAA-da aparılıb.
Seminarda fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayevin “Relyativistik kütlə anlayışından niyə imtina edilir” mövzusunda məruzəsi dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az